Səlim Müslümov: \"Sosial Müdafiə Fondu əmək pensiyalarının yenidən hesablanmasına başlayıb\"

Səlim Müslümov: \"Sosial Müdafiə Fondu əmək pensiyalarının yenidən hesablanmasına başlayıb\"

\"Azərbaycan Dövlət Sosial Müdafiə Fondu (DSMF) əmək pensiyalarının yenidən hesablanmasına başlayıb\". SİA-nın məlumatına görə, bu barədə DSMF sədri Səlim Müslümov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu proses üçün lazım olan maliyyə vəsaiti fondun büdcəsində öz əksini tapıb: "Hazırda texniki məsələlər həll olunur, xüsusi komissiya tərəfindən pensiya işlərinin avtomatlaşdırılmış bazada olan məlumatlarla tutuşdurulması prosesi gedir".

S. Müslümov qeyd edib ki, Bakı şəhəri üzrə proses yekunlaşmaq üzrədir. Hazırda Sumqayıt şəhərində proses həyata keçirilir, daha sonra isə rayonlarda bu işlərə başlanacaq: "Bizim avtomatlaşdırılmış bazada bütün pensiyaçılar haqqında artıq məlumatlar var. Həmin bazaların məlumatları əsasında bu prosesi avtomatik rejimdə həyata keçirə bilərik və bunu edəcəyik. Amma hər halda, həmin məlumatlar kağız daşıyıcılarda olan məlumatlarla tutuşdurulmalıdır".

DSMF sədri pensiyaçılara müraciət edərək, onları narahat olmamağa çağırıb: "Bu iş heç kəsin haqlarına mənfi təsir etməyəcək. Bütün pensiya işləri ciddi şəkildə araşdırılacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə