Bu gün "Baku Expo Center"-də 1-ci Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji Sərgisində Türkiyənin "Petkim" şirkəti mətbuat konfransı keçirib. SİA-nın məlumatına görə, tədbirdə şirkətin idarə heyətinin üzvü Kənan Yavuz çıxış edib və bildirib ki, "Petkim" şirkəti artıq neçə ildir ki, ki bu beynəlxalq sərgiyə qatılır: \"Artıq qardaş Azərbaycan dövləti dost ölkədən əlavə bizim ən yaxın strateji tərəfdaşımız olmağa başlayıb. Dostluğumuzu iqtisadi cəhətdən də möhkəmləndirik. Bildiyimiz kimi, Azərbaycan ən çox enerji ixrac edən ölkədir. Türkiyə isə ən çox enerji idxal edən ölkədir. Belə olan halda biz də tərəfdaşlığımızı genişləndirməyə başladıq. Bilirsiz ki, 2008-ci ildə "SOCAR" "Petkim"-i satın aldı. Bununla da "SOCAR" qloballaşma yolunda önəmli addım atdı. Bu addım iki ölkəni bir-birinə yaxınlaşdırmaqla yanaşı, iki ölkə iqtisadiyyatının da bir-birinə sürətli inteqrasiya etməsinə yardımçı oldu. Biz 3 sahə üzrə yatırımlarımızı genişləndiririk bunlar-neft emalı, liman və enerji yatırımlarıdır.
Onun sözlərinə görə, neft emalı sahəsində lisenziya keçən il alınıb və bu il prezident İlham Əliyevin, Türkiyənini baş naziri Rəcəb Tayyib Ərdoğan və SOCAR-ın prezidenti Rövnəq Abdullayevin iştirakı ilə müqavilə imzalanacaq. O bildirib ki, bundan sonra "Petkim" öz tələbatını və Tükiyənin neft və neft məhsullarına olan tələbatını ödəyə biləcək. İdarə heyətinin üzvü enerji sahəsini 2020-ci ildə 1000 meqavatlıq səviyyəyə çatdırmağı planlaşdırdıqlarını bildirib. "Petkim"-in yatırımları SOCAR-ın dəstəyi ilə 2010-2015 illər arasında 6 mlrd dollardan artıq olacaq və biz bu yatırımlarla Türkiyənin və Avropanın ən böyük şirkətlərindən birinə çevrilmək istəyirik. Bu yatırmlarla birgə Azərbaycandakı bəzi layihələrə də dəstək olmaq istəyirik ki, "Bakı-Qars" dəmiryolu xəttinin inşası bunlardan biridir. Bununla da bu layihə istehsal etdiyimiz məhsulları qonşu dövlətlərə rahat satmaq imkanını bizə verəcək. Bu yatırımlar əlbəttə ki, 2015-ə qədər nəzərdə tutulub, bundan sonra isə yatırım planının ikinci hissəsini həyata keçirib "Petkim"-i dünya şirkəti edəcəyik\".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB