Bakıda I beynəlxalq Energitika və Alternativ Enerji Sərgisi öz işinə başlayıb
Bu gün Bakıda Azərbaycanda ilk dəfə olaraq keçirilən "Caspian Power" I beynəlxalq energetika və alternativ enerji sərgisi öz işinə başlayıb. SİA-nın xəbərinə görə, I Xəzər beynəlxalq energetika və alternativ enerji sərgisi 7-10 iyun tarixlərində Azərbaycanda enerji sənayesi fəaliyyətlərini nümayiş etdirilməsi sahəsində Xəzər regionda yeganə ixtisaslaşmış tədbir hesab olunur. Tədbirin təşkilatçısı Böyük Britaniyanın "İTE Qrup" TLC-nın Böyük Qafqazdakı tərəfdaşı İTECA Caspian şirkətidır.
Sərgi müəyyən sahə üzrə ixtisaslaşan şirkətlər arasında özünün təsdiq edən brend sayılır. Azərbaycanda energetika sahəsinin dinamik inkişafı və gələn investorların artan ümumi marağı Azərbaycan müəssisələrində ən iri və texniki avadanlıqların tətbiqi, həmçinin alternativ enerji mənbələrinin inkişaf perspektivləri beynəlxalq "Caspian Power" sərgisinin təşkil olunmasına təkan verib. Bu sərgi Xəzər regionunun neft və qaz sahəsində ən böyük tədbiri sayılan "Caspion Oil" 18-ci Beynəlxalq Xəzər Neft-Qaz, Neft Emalı və Neft Kimyası Sərgisi ilə eyni meydançada keçirilir. Builki sərgidə bazarda tanınan bir çox məşhur şirkətlər iştirak edirlər. Bunlar arasında AZİNCO, Sumqayıt Texnologiyaları Parkı, "Azərenerji" və başqaları var. Debüt edən sahələrə isə energetika və elektrotexnika, alternativ enerji mənbələri, enerjiyə qənaət və enerjinin səmərəliliyi daxildir.
Alternativ enerji mənbələri çağdaş dövrün ən aktual mövzularından biridir. Azərbaycanda bunların inkişafı üçün tələb olunan bütün imkanlar var. Ona görə də gələcəkdə bu sərginin həm kəmiyyət, həm də keyfiyyət baxımından xeyli inkişaf edəcəyi proqnozlaşdırılır. Təşkilatçılar ümid edirlər ki, bu sərgidə təqdim ediləcək ən yeni texnika və texnologiylar yeni energetika layihələrində uğurla tətbiq ediləcək, bu sahənin inkişafına yeni impuls verəcək.
Həbib
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB