Fransada Beynəlxalq Yarmarka keçirilir

Fransada Beynəlxalq Yarmarka keçirilir

Məlumat verdiyimiz kimi, iyunun 2-dən Fransanın Aşağı Normandiya regionunda yerləşən Leql şəhərində 54-cü ənənəvi Beynəlxalq Yarmarka keçirilir. SİA-nın İqtisadi İnkişaf Nazirliyinin rəsmi internet səhifəsinə istinadən verdiyi məlumata görə, Leql şəhərinin 1001 illiyi münasibətilə təşkil edilən yarmarkada Azərbaycan şirkətləri də iştirak edir.

Yarmarkanın ölkəmiz üçün ayrılmış hissəsində İqtisadi İnkişaf Nazirliyinin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Azərbaycanın Fransadakı Səfirliyinin təşkilatçılığı ilə Azərbaycanın 10 şirkətinin 250-yə yaxın çeşiddə məhsulu nümayiş olunur. Azərbaycan məhsulları sərgi ziyarətçiləri tərəfindən maraqla qarşılanır.

Tədbir çərçivəsində Azərbaycanın Naftalan və Fransanın Leql şəhərləri arasında Qardaşlaşma Sazişi imzalanmışdır. Mərasimdə Azərbaycanın dövlət himni səslənmişdir. Azərbaycanın üçrəngli bayrağı artıq Leql Meriyasının qarşısında dalğalanır.

Yarmarka ayın 5-ə kimi davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə