Naxçıvanın xarici ticarət dövriyyəsi 15 %-ə yaxın artıb

Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikanın xarici ticarət dövriyyəsinin dəyəri 97,7 milyon ABŞ dolları təşkil edib. Bu barədə SİA-ya Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,8 % çoxdur.

Son 1 ildə muxtar respublikadan ixrac olunmuş malların dəyəri 34,7 % artaraq 8 milyon ABŞ dolları, bölgəyə idxal olunmuş malların dəyəri isə 12,4 % azalaraq 89,7 milyon ABŞ dolları olub.

Bütün xəbərlər Facebook səhifəmizdə