“İstehsalçılar üçün əhalinin qida təhlükəsizliyinin təmin edilməsi vacibdir” - Məcnun Məmmədov

“İqtisadiyyatın bütün sahələrində, o cümlədən aqrar sahədə əldə edilən nəticələr Azərbaycanın bu sahədəki uğurunu göstərir. Dövlət başçısının tapşırığına uyğun olaraq aqrar sahənin inkişafı üçün ciddi işlər görülür. Bu mənada aqrar sahədə görülən işlərin nəticəsi olaraq rəqabətə davamlı məhsulların sayı artmışdır”. SİA xəbər verir ki, bu sözləri Azərbaycan Halal Biznes və Turizm Forumunun açılış mərasimində Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib.

O bildirib ki, bu gün istehsalçı və ticarətlə məşğul olanlar üçün əhalinin qida təhlükəsizliyinin təmin edilməsi və sağlam ərzaqların çatdırılması mühüm əhəmiyyət kəsb edir. Əhalinin artan qida ehtiyacını ödəmək üçün aqrar və emal sənayesində keyfiyyətin artırılması da vacib məsələlərdən biridir. Günümüzün çağırışlarına uyğun olaraq aqrar sahənin inkişafında ekoloji təmiz məhsulların istehsalına da xüsusi diqqət ayrılır. Bu baxımdan Azərbaycanda ilk dəfə keçirilən Halal Biznes və Turizm Forumu da aqrar sahənin inkişafına öz töhfəsini verəcək”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə