Energetika Nazirliyi III rübdə 44 icazə verib

Bu ilin iyul-sentyabr aylarında Energetika Nazirliyi tərəfindən ümumilikdə 44 icazə verilib. SİA bu barədə nazirliyə istinadən xəbər verir.

Bildirilib ki, “İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xüsusi icazənin verilməsi” Qaydalarına uyğun olaraq, ixrac nəzarətinə düşən malların idxalı üzrə 38, ixracı üzrə 3, tranziti üzrə isə 1 icazə verilib.

"Rüb ərzində, həmçinin 150 kilovatdan yuxarı elektrik enerjisinin istehsalına 1 icazə, mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinə 1 icazə verilib.
Rüb ərzində bütün icazələrin verilməsi 7 saylı Bakı "ASAN xidmət" mərkəzi vasitəsilə həyata keçirilib", - məlumatda deyilir.

Qeyd edək ki, Energetika Nazirliyi bu ilin 9 ayı ərzində 135 icazə verib.

Bütün xəbərlər Facebook səhifəmizdə