Azərbaycan Mərkəzi Bankı (AMB) 43 nəqliyyat vasitəsinin sığortalanması üçün kotirovka sorğusu elan edib. SİA xəbər verir ki, sorğuda iştirak haqqı 94 manatdır.

İddiaçılar təkliflərini oktyabrın 26-na qədər AMB-nin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 90 ünvanına təqdim edə bilərlər.

Təkliflərə oktyabrın 26-da, saat 17:00-da qeyd olunan ünvanda baxılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə