“Qeyri-neft sektorunun inkişafının indiki vəziyyəti qənaətbəxş deyil” - İQTİSADÇI DANIŞDI

“Neftdən asılılığı sonlandırmaq üçün hökumət 2015-ci ildən rəsmi surətdə qeyri-neft sektorunun inkişaf etdirilməsini prioritet kimi elan edib. İnformasiya-kommunikasiya, kənd təsərrüfatı, turizm, nəqliyyat sahəsinin inkişaf etdirilməsi elan edilib. Son illərdə isə alternativ enerji və bütövlükdə enerji ixracı ilə bağlı məsələlər ön plana çıxıb”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Xalid Kərimli deyib.

O bildirib ki, qeyri-neft sektorunun inkişafı üçün atılan addımlar mühüm rola sahibdir: “Hazırda Azərbaycanın qeyri-neft sektoru nə büdcənin formalaşmasında, nə qeyri-ixracatda, nə də digər məsələlərdə ciddi rol oynamır. Buna görə də qeyri-neft sektorunun inkişafının indiki vəziyyəti qeyri-qənaətbəxşdir. Keçən il ilə müqayisədə də kəskin azalma müşahidə olunur. Onsuz da az olan qeyri-neft ixracı kəskin azalıb.

Azərbaycan alternativ enerji mənbələrindən enerji istehsalına xüsusi fikir verir. 2020-ci ildən artıq bu istiqamətdə işlər görülür. Azərbaycanın alternativ enerji sahəsində inkişaf etməsi üçün istehsalla yanaşı, ixrac etməsi də mühümdür”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə