“Uzun illər mövcud olan problemlər indi də mövcuddur" - MÜNASİBƏT BİLDİRİLDİ

“Uzun illər mövcud olan problemlər indi də mövcuddur. Düzdür, subsiyadalaşma sistemi mövcuddur, subsidiyalar ödənilir və s. Amma subsidiya ödəniş tərzi mexanizmləri təəssüflər olsun ki, ya tam doğru qurulmayıb, ya da ödəniş mexanizmləri düzgün təyin olunmayıb. İnsanlar bir çox hallarda şikayət edirlər ki, hansısa addımı atmaq üçün onlara vəsait lazımdır. Bu vəsaiti isə müvafiq dövrlə sonra ödənilir. Bu gübrə, arıçılıq və digər sahələrdə belədir”. Bu sözləri SİA-yq açıqlamasında iqtisasçı Toğrul Vəliyev deyib.

Toğrul Vəliyevin sözlərinə belə davam edib: “Bir çox hallarda əkin və ya məhsula görə subsidiyalar bizdə dövlət tərəfindən təəssüflər olsun ki, konkret məqsədlər naminə təyin olunur və nəticə etibarilə indiki şəraitdə bundan istifadə edənlər daha çox aqro holdinqlər, aqro parklar nəinki sıravi fermerlərdir.

Təəssüflər olsun ki, bizim bu dəqiqə subsidiya sistemi və ümumiyyətlə bu kənd təsərrüfatı maliyyələşdirilmə sistemi daha çox elə qurulub ki, bu aqro parklara aqro holdinqlər xidmət edir. Nəticə etibarilə sıravi vətəndaşlar məcbur olub öz məhdud vəsaitlərindən istifadə etməyə və ya məcbur olurlar. Bu aqroparklarla holdinqlərlə müqaviləyə daxil olmaq ki, daha rahat fəaliyyət göstərə bilsinlər. Çünki həm subsiyada ödənilməsində ciddi problemler var, yəni ödəmə vaxtilə, həcmi ilə, həm də onların təyinatı ilə. Yəni bu sistem çox da belə şəffaf deyil. Təəssüflər olsun ki, biz bu sistemi tam şəffaf müşahidə edə bilmirik. Baxmayaraq ki, bu açıq və ya şəffaf olmalıdır. Bu sistemdə ciddi problemlər var”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə