"Yaşıl maliyyələşmə" ilə bağlı müəyyən stimullar yaratmalıyıq - AMB

Azərbaycan Mərkəzi Bankı (AMB) tənzimləyici qurum olaraq "yaşıl maliyyələşmə" ilə bağlı maliyyə sektoru üçün müəyyən stimullar yaratmalıdır. SİA xəbər verir ki, bunu Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham Azərbaycan") təşkilatçılığı ilə Bakıda keçirilən "Yaşıl maliyyə" konfransında AMB-nin baş direktoru Şahin Mahmudzadə bildirib.

"Biz "Yaşıl gündəm"ə uyğun hərəkət etməliyik. Bizdə potensialın gücləndirilməsi ilə bağlı təlimlərə ehtiyac var. Bu təlimlər həm nəzarətçilərimiz, həm də bazar iştirakçıları üçün olmalıdır. Ümumilikdə "yaşıl maliyyə" məhsullarının monitorinqi aparılmalı və digər işlər görülməlidir", - deyə o qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə