Azərbaycan və Pakistan ikitərəfli ticarət əlaqələrini genişləndirir

Azərbaycan və Pakistan ikitərəfli ticarət əlaqələrini genişləndirir. SİA xəbər verir ki, bu fikirləri Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov Pəncab əyalətinin paytaxtı Lahora səfəri zamanı deyib. O, bu əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıb.

Səfər çərçivəsində səfir Fərhadov Pəncab əyalətinin qubernatoru Səlim Heydər Xan və digər yüksəkvəzifəli şəxslərlə görüşüb. Qubernator Azərbaycan və Pakistan arasında birbaşa uçuşların təşkili və qarşılıqlı ixracın təşviqində ölkə səfirinin rolunu və səylərini yüksək qiymətləndirib. O, Pakistanda müxtəlif sektorlara çoxlu investisiya imkanlarının olduğunu bildirib.

Xatırladaq ki, bu ilin iyul ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistana dövlət səfəri zamanı iki ölkə arasında imzalanmış 15 anlaşma memorandumu və sazişin mübadiləsi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə