“Əsl iqtisadi biliklərə çox az insanlar malik olur” - İQTİSADÇI DANIŞDI

“İqtisadi biliklər maliyyə savadlılığı ilə müqayisədə daha geniş anlayışdır. Nəzərə almaq lazımdır ki, iqtisadi biliklər iqtisadiyyatda həm mikro, həm makro səviyyədə baş verən prosesləri təhlil etmək, o proseslərin inkişaf istiqamətlərini, trendlərini düzgün dəyərləndirmək kimi kifayət qədər mürəkkəb yanaşma tələb edir”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Elşad Məmmədov deyib.

O bildirib ki, iqtisadi biliklərdən söhbət gedirsə, bu gün heç iqtisadçılar, tədqiqatçılar, iqtisadçı alim və mütəxəssislərin belə əksəriyyəti demək olar ki, iqtisadi biliklərə tam şəkildə malik deyil: “Amma eyni zamanda onu da qeyd etmək olar ki, iqtisad elminin özü bir çox hallarda iqtisadiyyatda baş verən proseslərin cavablandırılmasında çətinlik çəkir. İqtisad elminin əsas ana xətti uzun onilliklər ərzində siyasətə, biznes maraqlara xeyli dərəcədə xidmət etmək olub. Bununla yanaş,ı humanitar elmlərin bir çox hallarda reallıqdan uzaq olmasının şahidi oluruq. Bu da son nəicədə konkret olaraq iqtisad elminin bir çox iqtisadi sualların problemlərin cavablandırılmasında manelərə şərait yaradır. Buna görə də iqtisad elmi geniş anlayışdır və iqtisadi biliklərə sözün əsl mənasında çox az insanlar malik olur.

Maliyyə savadlılığı isə insanların öz iqtisadi təsərrüfat sahəsinin qurulmasındakı minimum bacarıqlardır. Hansı ki, onların reallaşdırılması üzərindən insanlar öz maliyyə işlərini həyata keçirir. Bu baxımdan sözsüz ki, maliyyə savadlılığı bir çox insanlar var, nəinki iqtisadi biliklər”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə