Xaçmazda arıçılıq təsərrüfatlarında məhsuldarlıq artıb

Xaçmaz rayonunda arıçılıq təsərrüfatlarında məhsuldarlıq artıb. SİA-nın məlumatına görə, arıçılar təsərrüfatlarından bol məhsul əldə ediblər. Yerli təsərrüfat sahibləri bildirirlər ki, bu ilki məhsuldarlıq ötən illə müqayisədə daha çoxdur.

Ötən il orta hesabla bir yeşikdən 9-11 kiloqram bal toplanmışdısa, bu il 18-20 kiloqram bal götürülüb. Toplanan məhsulun bir hissəsi satışa çıxarılıb.

Hazırda 1 kiloqram balın satış qiyməti 25-30 manat arasında dəyişir.

Qeyd edək ki, dövlət tərəfindən arıçılıq təsərrüfatlarına subsidiyanın verilməsi bu sahənin genişləndirilməsinə şərait yaradıb. 2022-ci ilədək davam edən prosesdə 264 arıçı fermerin 7 464 arı ailəsinə 74 640 manat subsidiya verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə