“Xtra Plast” MMC-yə İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Ağdam Sənaye Parkının rezidenti statusu verilib.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, İZİA-dan bildirilib ki, müəssisədə plastik tara istehsalı həyata keçiriləcək. İnvestisiya dəyəri 3,8 milyon manat olan müəssisədə 20 nəfər işlə təmin ediləcək.
İstehsal olunan məhsulların daxili bazara satılması nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB