Cari ilin yanvar-may aylarında dövlət büdcəsinə 7 milyarddan çox vergi daxil olub

Cari ilin yanvar-may aylarında dövlət büdcəsinə 7 milyarddan çox vergi daxil olub

Bu ilin yanvar-may aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) xəttilə dövlət büdcəsinə 7 milyard 499 milyon 106,4 min manat vergi daxil olub. SİA bu barədə DVX-ya istinadən xəbər verir.

Məlumata görə, dövlət büdcəsinə proqnozdan əlavə 1 milyard manatdan çox vəsait ödənilib.

Qeyri-neft-qaz sektorundan daxilolmalar 5,2 milyard manatdan çox təşkil edib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 634,7 milyonmanat və ya 13,8 % çox olub.

Ödənilən vergilərin 69,9 %-i qeyri-neft-qaz sektorunun, 30,1 %-i isə neft-qaz sektorunun payına düşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə