“İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda təsdiq edilib. SİA xəbər verir ki, qanun layihəsi parlamentin iyunun 7-də keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.
“İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsində işsizlikdən sığorta haqları üzrə daxilolmaların 4 700 000,00 manat artırılaraq 179 976 800,0 manatdan 184 676 800,0 manata çatdırılması təklif olunur. Artım qeyri-büdcə sektoru üzrə sığorta haqları hesabına baş verəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB