“2024-cü ilin dövlət büdcəsinin cari xərclərinin 70 faizi sosial yönümlü xərclərdir“ - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
“Bütövlükdə biz sosial istiqamətdə müavinət və təqaüdlərin baxılıb, artırılmasını təklif edirik. Nəzərə alsaq ki, Azərbaycanda son illərdə reallaşan dörd sosial paketə dövlət büdcəsindən əlavə olaraq 7 milyard manat vəsait ayrılıb. Buna görə də bu istiqamətdə vəsaitlərin ayrılması və sosial təminat tədbirlərinin gücləndirilməsinə imkan yaradılıb”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Vüqar Bayramov deyib.
Deputat bildirib ki, sosial müavinət və təqaüdlərdə baş verən artımlarla bağlı ümid edirik ki, yaxın zamanlarda da addımlar atılacaq: “Bu sosial təminatın gücləndirilməsi baxımından vacibdir. Bu məsələnin müsbət tərəfləri var. Çünki vətəndaşlarımızın gəlirinin artmasına, onların sosial təminatının daha yaxından qorunmasına imkan yaradır. Bu konteksdən təbii ki, sosial təminatın gücləndirilməsi ilə bağlı tədbirlərin davam etməsi və dövlət büdcəsindən bu istiqamətdə vəsaitin artırılması, həm də sosial təminatın daha da dərinləşməsinə imkan yaradır.
2024-cü ilin dövlət büdcəsinin xərclərinin 41, cari xərclərinin 70 faizi sosial yönümlü xərclərdir. Bu ondan xəbər verir ki, 2024-cü ildə də sosial müdafiənin gücləndirilməsi prioritet olaraq qalır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB