"Bu korrupsiyaya qarşı mübarizəni gücləndirir" - Anar Bağırov

"Bu korrupsiyaya qarşı mübarizəni gücləndirir" - Anar Bağırov

Hüquq tətbiqetmə orqanlarının rəqəmsallaşması, bu orqanların daha şəffaf, sürətli və səmərəli fəaliyyət göstərməsinə şərait yaradır. SİA xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov “Türk dövlətlərinin hüquq tətbiqetmə fəaliyyətlərində rəqəmsallaşma və inteqrasiya” mövzusunda keçirilən beynəlxalq konfransda çıxış edərkən deyib.

A.Bağırov qeyd edib ki, rəqəmsal texnologiyaların tətbiqi nəticəsində hüquqi prosedurların elektronlaşdırılması, elektron sənəd dövriyyəsi və məlumat bazalarının inteqrasiyası mümkündür. Bu da öz növbəsində korrupsiyaya qarşı mübarizəni gücləndirir, vətəndaşların hüquqlarını daha yaxşı müdafiə edir və işin keyfiyyətini artırır.

Vəkillər Kollegiyasının sədri Türk dövlətləri arasında inteqrasiyanın xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. O dövlətlərin hüquq təsisatları arasında məlumat və təcrübə mübadiləsinin, informasiya texnologiyaları sahəsində ortaq platformaların yaradılmasının, onların tətbiqinin bu sahədəki əməkdaşlıqda yeni mərhələnin başlanmasına səbəb olduğunu deyib.

Onun sözlərinə görə, hazırda rəqəmsallaşdırma və müasir texnologiyaların tətbiqi vətəndaşlarımızın ən mühüm konstitusion hüquqlarından biri olan keyfiyyətli hüquqi yardım almaq hüququnu reallaşdıran vəkillik sahəsində də geniş tətbiq olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə