Maliyyə savadlılığı insanların həyatında nələri dəyişə bilir? - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“İqtisadi biliklərin artırılması və maliyyə savadlılığı prioritet məsələlərdən biridir. Təbii ki, bu istiqamətdə görülən işlər sürətləndirilir. Mərkəzi Bank tərəfindən maliyyə savadlılığının artırılması ilə bağlı proseslər sürətlə həyata keçirilir. Burada məqsəd vətəndaşlarımızın maliyyə savadlılığının yüksək olmasından ibarətdir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Vüqar Bayramov deyib.

Deputat bildirib ki, eyni zamanda maliyyə savadlılığı bütövlükdə proseslərin tənzimlənməsi baxımından da vacibdir: “Həmçinin bu iqtisadi islahatlara da dəstəkdir. Çünki iqtisadi savadları və maliyyə bilikləri yüksək olan cəmiyyətlərdə praktik olaraq islahatları daha uğurlu həyata keçirmək mümkündür.

Eyni zamanda aparılan islahatlarla bağlı maarifləndirmə tədbirləri bu konteksdən daha da uğurlu olur. Sözsüz ki, bu sahədə işlər davam etdirilir. Məqsəd isə daha yüksək maliyyə savadlılığı və iqtisadi biliklərə nail olmaqdan ibarətdir. Bu isə təbii ki, nəticə etibarilə iqtisadi islahatlar üçün dəstək rolunu oynayır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə