İqtisadi artıma dair proqnozlaşdırmanın metodologiyasına yenidən baxılmalıdır - DEPUTAT

İqtisadi artıma dair proqnozlaşdırmanın metodologiyasına yenidən baxılmalıdır - DEPUTAT

Azərbaycanda iqtisadi artımla bağlı proqnozlaşdırmanın metodologiyasına yenidən baxılmalıdır. SİA xəbər verir ki, bu təkliflə deputat Əli Məsimli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında - "2024-cü il dövlət büdcəsi icrası haqqında" qanuna dəyişiklik edilməsi ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı bildirib.

"Əgər iqtisadi artımla bağlı proqnoz özünü doğrultmayacaqsa, onun əsasında hazırlanan dövlət büdcəsində dəqiqləşdirmələrə ehtiyac olacaq", - deyə o qeyd edib.

Deputat həmçinin deyib ki, büdcə xərclərindəki artım ən vacib məsələlər üzə - Qarabağın bərpası, ölkənin müdafiə qabiliyyətinin artılması, infrastruktur layihələrinin icrası üzrə nəzərdə tutulub.

"Sosial proseslərin tənzimləməsinə əlavə vəsaitlərin yönəldilməsinə ehtiyac var: "Son 10 ildə Azərbaycanda minimum əməkhaqqının orta əməkhaqqına nisbəti 10 faiz bəndi artaraq 35 %-ə çatıb, amma bu göstərici məqbul deyil. Həm bizim qoşulduğumuz beynəlxalq xartiyalar, həm də Azərbaycan hökumətinin strateji hədəfə görə minimum maaşın orta maaşa nisbəti 60 %-ə çatdırılmalıdır. Bu rəqəmin 594 manat olması istiqamətində addımlar atılmalıdır", - deyə Ə.Məsimli əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə