"Hər üç manatdan bir manat Qarabağ və Şərqi Zəngəzura sərf olunur” - Vüqar Bayramov
“Azərbaycan postsovet məkanındakı dövlətlər içində ilk dövlədir ki, müstəqilliyini bərpa etdi”. SİA xəbər verir ki, bu sözləri Milli Məclisdə çıxışı zamanı deputat Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, fərqli ölkələrin prosesə müdaxiləsi var idi: “Eyni zamanda Vətən müharibəsindəki qələbədən sonra Azərbaycan regionda ərazi bütövlüyünü bərpa etdi. Azərbaycanda yeni səhifə başlayıb. Qarabağ və Şərqi Zəngəzur bərpa olunur, insanlar köçürülür. Büdcədəki hər üç manatdan bir manat Qarabağ və Şərqi Zəngəzura sərf olunur”.
Müəllif: Söylü Ağazadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB