Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi auditor seçib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Administrasiyasının tabeliyindəki Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi 2023-cü il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub. SİA dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, sorğunun qalibi "HLB Azərbaycan" MMC-dir.

Qalib şirkətə 4,9 min manat ödəniləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə