Bakıda növbəti Fintex Sammiti başlayıb

Bu gün Bakıda növbəti Fintex Sammiti başlayıb. SİA xəbər verir ki, builki sammit “Bank və Maliyyə Ekosistemində Yeni Trendlər: İnnovativ Həllər, FinTex və Təhlükəsizlik” mövzusuna həsr edilib.

Bu il sammit açılış nitqi və bütövlükdə 8 paneldən ibarətdir. Açılış nitqində Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Banklar Assosiasiyası, Visa, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Türkiyənin Bank Tənzimləmə və Nəzarət Agentliyinin rəhbər şəxsləri tərəfindən çıxışları gözlənilir.

Ümumilikdə tədbirə iki gün ərzində 300-ə yaxın tərəfdaş və iştirakçı şirkət, 1500 yerli və xarici iştirakçının qatılacağı gözlənilir.

Qeyd edək ki, Fintex Sammit mayın 16-da da davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə