Qubada hotel və restoran layihəsinə 150 min manat güzəştli kredit verilib

İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu Quba rayonunda hotel və restoran layihəsinə 150 min manat güzəştli kredit ayırıb. SİA xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Onun sözlərinə görə, kredit fərdi sahibkar Humayə Məmmədova ayrılıb.

“Qadın sahibkarların dəstəklənməsi fəaliyyətimizin başlıca prioritetlərindəndir”, - Mikayıl Cabbarov bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə