Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,52% artaraq 2 320,6 ABŞ dollarına bərabər olub. SİA birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyasının qiyməti isə 1,74% artaraq 27,16 ABŞ dollarına bərabər olub.

Bütün xəbərlər Facebook səhifəmizdə