Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Mayın 1-də Amerika fond bazarlarında Dow Jones indeksi 0.23% – 37,903.29 bəndədək artıb, S&P 500 indeksi 0.34% – 5,018.39 bəndədək, Nasdaq indeksi isə 0.33% – 15,605.48 bəndədək azalıb. SİA-nın məlumatına görə, Avropa fond bazarlarında isə mayın 1-də Fransanın CAC-40 indeksi 0,99% – 7,984.93 bəndədək, Almaniyanın DAX indeksi isə 1.03% – 17,932.17 bəndədək, FTSE 100 indeksi 0.28% – 8,121.24 bəndədək azalıb.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,02% artaraq 1.0714 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə