Dünya bazarlarında neft bahalaşıb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin iyul müqaviləsinin dəyəri 0,6% artaraq 1 barelə görə 83,94 ABŞ dolları təşkil edib. SİA-nın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin iyununda ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 0,58% artaraq 1 barelə görə 79,46 ABŞ dolları təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə