Qiymətli metalların geoloji axtarışı aparılacaq

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində qara, əlvan və nəcib metalların geoloji axtarışı və qiymətləndirilməsi aparılacaq. SİA bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyindəki Geoloji Kəşfiyyat Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, geoloji kəşfiyyat işləri Zəngilan, Qubadlı, Xocavənd, Ağdam və Ağdərə rayonlarında olacaq. Bundan başqa, Goranboy və Göygöl rayonlarında gips, anhidrit və gəc xammalı, ayrıca Göygöl rayonunda qum-çınqıl xammal qismində kvarsitlərlə bağlı axtarış işləri aparılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə