“Brent” markalı neftin qiyməti artıb

Dünya bazarında neft qiymətləri artıb. SİA xəbər verir ki, Londonun “ICE Futures” birjasında “Brent” markalı neftin iyun fyuçerslərinin qiyməti 1barel üçün 88,17 ABŞ dolları təşkil edib və bu da əvvəlki sessiyanın yekun qiymətindən 0,17 % çoxdur.

Nyu-York əmtəə birjasında “WTI” markalı neftin iyun fyuçersləri 0,16 % bahalaşaraq 1 barel üçün 82,94 ABŞ dolları olub.

Bütün xəbərlər Facebook səhifəmizdə