“Azərpoçt” “İnternet bankçılıq” xidmətini istifadəyə verib

“Azərpoçt” MMC “İnternet bankçılıq” xidmətini istifadəyə verib. SİA xəbər verir ki, İnternet bankçılıq” xidməti test rejimini uğurla müştərilərin istifadəsinə verilib. Bu xidmət müştərilərə onlayn, təhlükəsiz və rahat şəkildə bir çox bank əməliyyatlarını yerinə yetirməyə imkan verir. Həmçinin xidmətdən istifadə edən hüquqi şəxslər və fərdi sahibkarlar aşağıda qeyd olunan üstünlüklərdən də faydalana bilərlər:

  • Banka gəlmədən pulköçürmələrini həyata keçirmək;
  • Bank hesablarına nəzarət etmək;
  • Bütün növ bank köçürmələrini izləmək, ödəniş tapşırığı və çıxarış əldə etmək;
  • Mübadilə əməliyyatlarını həyata keçirmək;
  • Gündəlik valyuta məzənnəsi barədə məlumat almaq;
  • Əməkhaqqı köçürmələrini rahat və sürətli şəkildə həyata keçirmək və s.

Qeyd edək ki, “Azərpoçt” MMC tərəfindən hazırlanan və istifadəyə verilən bu kimi yeni biznes həllər istifadəsinə və rahatlığına görə, ən əsası isə zamana qənaət etmək baxımından müştəri məmnuniyyəti yaradır.

Bütün xəbərlər Facebook səhifəmizdə