COP29 ərəfəsində reallaşdırılacaq ilk bərpa olunan enerji hərracı dəyərləndirilib - NAZİR

COP29 ərəfəsində reallaşdırılacaq ilk bərpa olunan enerji hərracı və digər layihələr dəyərləndirilib. SİA-nın xəbərinə görə, bu barədə energetika naziri Pərviz Şahbazov özünün "X" sosial şəbəkəsindəki paylaşımında qeyd edib.

“Əbu-Dabidə AYİB-in Avropa Enerji Qrupunun direktoru Qrzeqorz Zielinski ilə görüşdə Enerji Effektivliyi Fondunun fəaliyyəti, enerji səmərəliliyi sahəsində pilot layihələrin həyata keçirilməsi, Azərbaycan (Naxçıvan)-Türkiyə-Avropa enerji xətti, Xəzər-Qara dəniz-Avropa yaşıl enerji dəhlizi, 1 QVt gücündə günəş-külək enerjisi layihələrinin şəbəkəyə qoşulması, enerji sisteminin modernləşdirilməsi ilə bağlı əməkdaşlığı müzakirə etdik. COP29 ərəfəsində reallaşdırılacaq ilk bərpa olunan enerji hərracı və digər layihələri dəyərləndirdik”, - paylaşımda qeyd olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə