Ödəniş əməliyyatlarının aparılması qaydası təsdiqləndi

Ödəniş əməliyyatlarının aparılması qaydası təsdiqləndi

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Ödəniş əməliyyatlarının aparılmasına və ödəniş alətlərinə dair Qayda”nı təsdiq edib. SİA xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.

Əvəzində “Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları”nın təsdiq edilməsi barədə” 10 iyul 2012-ci il tarixli qərarı ləğv edilib.

AMB-nin Hüquq departamentinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə