“Kriptovalyuta ilə bağlı hüquqi baza təkmilləşdirilib” - DEPUTAT DANIŞDI
“Kriptovalyutalarla bağlı qlobal olaraq problemlər yaşanır. Nəzərə almaq lazımdır ki, hətta kriptovalyutanın ilk dövriyyəsini təşkil edənlərdən biri də qlobal axtarışda idi və həbs olundu”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Vüqar Bayramov deyib.
Deputat bildirib ki, Azərbaycan vətəndaşları da kriptovalyutadan istifadə edən və alış həyata keçirən zaman diqqətli olmalıdırlar: “Onun ciddiliyi, reallığı və saxta olub-olmaması yoxlanılması çox vacibdir. Bu zaman xüsusilə təhlükəsizlik qaydalarına əməl edilməsi məsələsinə də mütləq diqqət ayrılmalıdır.
Azərbaycanda bu istiqamətdə elektron ödənişlər və pullarla bağlı yeni qanunvericilik qəbul edilib və formalaşdırılıb. Bunun əsasında hüquqi baza təkmilləşdirilib. Vətəndaşlarımızın bu istiqamətdə hüquqlarının qorunması və saxta ödənişlərin minimumlaşdırılması baxımından çox vacibdir. Amma bütün hallarda vətəndaşlarımız da kriptovalyuta ilə alqı-satqı edən zaman diqqətli olmalıdırlar ki, onların vəsaitləri üçüncü şəxslər tərəfindən oğurlanmasın”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB