Azərbaycanda mikrokreditlərin 60 %-i təminatsız və ya qismən təminatlı şərtlərlə verilib

Ötən ilin sonuna Azərbaycanda mikro sahibkarlara verilən kreditlərin təxminən 60 %-ə yaxını təminatsız və ya qismən təminatlı olub. SİA xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Toğrul Əliyev Qubada keçirilən III Aqrobiznesin İnkişafı Forumunda deyib.

“Ötən ilin sonuna bankların biznes kreditləri üzrə portfelinin 46 %-i tam, 34 %-i qismən təminatlı, qalan hissəsi isə təminatsız kreditlərdən ibarət olub. Eyni zamanda mikro sahibkarlıq üzrə təminatsız kreditlərin həcmi portfelin 41,3 %-ni, qismən təminatlı kreditlərin həcmi isə 18,2 %-ni təşkil edib. Eyni zamanda orta sahibkarlıq üzrə təminatsız kreditlərin həcmi portfelin təqribən 20 %-ni, qismən təminatlı kreditlərin həcmi isə təqribən 33 %-ni təşkil edib”,- deyə o qeyd edib.

T. Əliyev son 5 ildə bankların biznes kredit portfelində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə verilmiş kreditlərin payınınn 14,4faiz bəndi artaraq 50 %-i üstələdiyini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə