Azərbaycanda ipotekaya xitam verilən hallar genişlənir

Azərbaycanda ipoteka saxlayan tələbdən və ya ipotekadan imtina etdikdə ipotekaya xitam veriləcək. SİA-nın məlumatına görə, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "İpoteka haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişiklə ipotekaya xitam verilən hallar genişlənir.

Qeyd edək ki, ötən il Azərbaycanda verilən ipoteka kreditlərinin sayında 1,8 % artım qeydə alınıb. İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) müvəkkil bankları 5,6 min ipoteka krediti verib ki, bunun da 3,9 mini adi, 1,7 mini isə güzəştli ipoteka krediti olub.

Bütün xəbərlər Facebook səhifəmizdə