“Süni intellekt Azərbaycan iqtisadiyyatı üçün yeni imkanlar deməkdir“ - DEPUTAT DANIŞDI

“Süni intellekt Azərbaycan iqtisadiyyatı üçün yeni imkanlar deməkdir“ - DEPUTAT DANIŞDI

“Bütövlükdə süni intellektdən istifadə edilməsi bu gün prioritet məsələdir. Xüsusilə bu istiqamətdə Azərbaycanda dördüncü sənaye inqilabı üzrə xüsusi mərkəzin formalaşdırıldığı nəzərə alınmalıdır. Bu mərkəz çərçivəsində Davos iqtisadi forumu ilə də əməkdaşlıq edilir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Vüqar Bayramov deyib.

Deputat bildirib ki, süni intellektin formalaşması bütövlükdə Azərbaycan iqtisadiyyatında yaradılan yeni dəyərin həcminin artması və daha çox yeni dəyərin formalaşmasına gətirib, çıxara bilər: “Bu innovasiyanın dəstəklənməsi, innovativ istehsalın güclənməsi baxımından da çox vacibdir. Çünki bu birbaşa olaraq Azərbaycan iqtisadiyyatı üçün yeni imkanlar deməkdir. Bu baxımdan süni intellektdən daha çox istifadə olunması bütövlükdə Azərbaycan iqtisadiyyatında keyfiyyətcə yeniliklərin daha da dərinləşməsinə imkan yaradacaq”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə