Azərbaycanın ticarət əməliyyatları apardığı xarici ölkələrin sayı azalıb

Azərbaycanın ticarət əməliyyatları apardığı xarici ölkələrin sayı azalıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan 138 xarici ölkə ilə ticarət əməliyyatları aparıb. SİA Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17 ölkə və yaxud 11 % azdır.

Xatırladaq ki, 2 ay ərzində Azərbaycan xarici ölkələrlə 7 milyard 227 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, 1 il əvvələ nisbətən 0,8 % çoxdur.

Xarici ticarət dövriyyəsinin 4 milyard 780 milyon ABŞ dolları ixracın, 2 milyard 447 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 5,8 % artıb, idxal isə 7,7 % azalıb. Son nəticədə xarici ticarətdə 2 333 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 24,8 % çoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə