Dövlət tərəfindən suya böyük investisiya qoyulub. Böyük vəsait hesabına əhaliyə çatdırılan su “moyka”larda israf olunur. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov "Yaşıl iqtisadiyyata keçidin istehlakçı davranışlarına və istehlak bazarına təsiri: çağırışlar və perspektivlər" adlı forumda deyib.
O bildirib ki, Azərbaycan başqa ölkələrlə müqayisədə suya çox israf edir: “Başqa ölkələrin nümunələrinə baxmalıyıq, bunları araşdırmalıyıq. Fransada həftədə iki dəfədən artıq zibil qutusuna tullantı atdıqda əlavə ödəniş edilir. Bu qanunlar bir daha israfçılığın qarşısını almağa xidmət edir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB