"Aqrar festivallar bu sahənin inkişafında təşviqedici rol oynayır" - AYDINLIQ GƏTİRİLDİ

"Aqrar festivallar bu sahənin inkişafında təşviqedici rol oynayır" - AYDINLIQ GƏTİRİLDİ

“Aqrar sahədə müxtəlif təşviqedici layihələrə son dövrlərdə xüsusi diqqət yetirilir ki, onların biri də Aqrar Biznes Festivallarıdır. Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı, İqtisadiyyat Nazirliyinin Sahikarlığın İnkişafı Fondunun dəstəyi ilə indiyədən bu cür tədbirlər Salyan, Şəmkir, Saatlı, Hacıqabul, Gəncə, Şəki, Füzuli, Lənkəran, Quba, Ucar, Qobustan, Ağstafa, Zaqatala, İmişli rayonlarında təşkil olunan bu festivallarda minlərlə fermer iştirak edərək müxtəlif kənd təsərrüfatı təyinatlı innovativ məhsul və texnologiyalar ilə tanış olmaq imkanı əldə edirlər. Festivalda innovativ həllərə əsaslanan kənd təsərrüfatı təyinatlı qurğu və avadanlıqlar, müasir yeni texnologiyalar sərgilənir, festival iştirakçıları aqrar yeniliklərlə və innovativ layihələrlə bağlı məlumatlandırılır. Beləliklə bu layihələr da arqra sahəyə olan marağın optimallaşmasına kömək edir”. Bu barədə SİA-ya Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov aqrar festivallar barədə danışarkən bildirib.

Millət vəkili qeyd edib ki, bu cür tədbirlər artıq davamlı xarakter daşıyır və növbəti dəfə Masallı rayonunda aqrar festival keçirilməsi nəzərdə tutulur: “Aqrar festivallar biznes layihəsi hesab oluna bilər və aqrar sahənin inkişafında təşviqedici rol oynayır. “Aqrar Biznes Festivallarının əsas məqsədinin regionlarda yaşayan fermerlərin kənd təsərrüfatı məhsul və texnologiyalara əlçatanlığının təmin edilməsidir. Festivalda yüksək iqtisadi gəlir potensialına malik bitkilər sərgilənir, fermerlərə səmərəli yetişdirmə üsulları və texnologiyalardan istifadə etməklə bu bitkilərin əkini, yüksək gəlir dəyəri barədə məlumatlar verilir. Eyni zamanda, festivalda aqrobiznesin inkişafında rolu olan tərəfləri bir araya gətirməklə, maliyyə dəstəyi və dövlət güzəştlərindən daha çox fermer-sahibkarın faydalanması üçün şərait yaradılır”.

A.Hüseynovun fikrincə, festival zamanı mütəxəssislər tərəfindən kənd təsərrüfatı məhsul istehsalçılarına məsləhət xidməti göstərilir, nümayiş olunan innovativ texnologiyaların iş prinsipi və onlardan istifadənin üstünlükləri başa salınır, kreditlərin əldə olunması və biznes layihələrinin səmərəliliyinin artırılmasında güzəştli dövlət kreditlərinin istifadəsi, marketinq və satış həlli yolları barədə də təlimatlar verilir: “Nəticədə Festival kənd təsərrüfatı məhsul istehsalçılarının aqrara sahədə işgüzarlıq maraqlarını artırır”.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə