"İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi" auditor seçir
İqtisadiyyat Nazirliyinə məxsus "İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi" MMC maliyyə-təsərrüfat fəaliyyətinin auditi üçün kotirovka sorğusu elan edib. SİA xəbər verir ki, sorğuda iştirak haqqı 14 manatdır.
İddiaçılar təkliflərini aprelin 2-nə qədər şirkətin yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, 139A ünvanına təqdim edə bilərlər.
Təkliflərə aprelin 2-də, saat 10:00-da qeyd olunan ünvanda baxılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB