SOCAR ilə “Tatneft” PSC arasında bir sıra sənədlər imzalanıb

SOCAR ilə “Tatneft” PSC arasında bir sıra sənədlər imzalanıb

Martın 7-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Rusiya Federasiyasının Tatarıstan Respublikasının “Tatneft” Publik Səhmdar Cəmiyyətinin (PSC) baş direktoru Nail Maqanov ilə görüşüb.

Səfər çərçivəsində SOCAR ilə “Tatneft” PSC arasında neft-kimya sahəsində qarşılıqlı fəaliyyətə dair saziş və neft yatağında birgə işlərə dair anlaşma memorandumu imzalanıb, insan kapitalının inkişaf etdirilməsi və bu istiqamət üzrə perspekiv birgə hədəflər barədə müzakirələr aparılıb.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bu barədə SOCAR-dan bildirilib. Azərbaycan nümayəndə heyəti, həmçinin “TANEKO” neft emalı və neft-kimya zavodu kompleksində, habelə “Tatneft” PSC-nin digər müəssisələrində istehsalat prosesi ilə tanış olub.

Bütün xəbərlər Facebook səhifəmizdə