"Borcları silinənlər arasında dövlət təşkilatları da ola bilər" - EKSPERT BİLDİRDİ

"Borcları silinənlər arasında dövlət təşkilatları da ola bilər" - EKSPERT BİLDİRDİ

2023-cü ildə Azərbaycanda 5 milyard manata yaxın vergi borcu ləğv edilib. Bunun sahibkarlığın inkişafına hansısa təsiri olub? SİA olaraq mövzu ilə bağlı iqtisadçı ekspert Eyyub Kərimlinin fikrini öyrəndik.

Onun sözlərinə görə, ləğv olunan vergi borclarının bir hissəsi maliyyə sanksiyaları, digər hissəsi vergi ödəmələri borclarıdır: “Hesab edirəm ki, bu vergi borcları əsasən ümidsiz vergi borcları siyahısından olub. Bəziləri məhkəmə vasitəsilə ləğv edilib, bəziləri vergi orqanları tərəfindən ümidsiz hesab edilib. Hesab edirəm ki, bu sadəcə büdcə daxili xəclərin şəffaflaşdırılması ilə əlaqədardır. Düşünmürəm ki, bunun sahibkarlıq fəaliyyətinə elə də əhəmiyyətli təsiri olsun. Çünki hansısa sahibkar fəaliyyətinə davam edirsə və onun vergi borcu yaranırsa qanunvericiliyimizə əsasən o borc mütləq sahibkardan tutulur. Əlbəttə ki, sahibkarın məhkəmə qaydası ilə ləğv edilmiş borcu sahibkarlıq fəaliyyətinə müsbət təsir göstərir. Əgər kimsə düzgün cərimələnməyibsə və bu cür borclar ləğv olunursa bu sahibkarlıq mühitinin daha da şəffaflaşdırılmasına təsir göstərir”.

Ekspert qeyd edib ki, digər tərəfdən də borcları silinənlər arasında dövlət təşkilatları da ola bilər: “Düşünürəm ki, borcu ləğv edilən qurumların çox hissəsi dövlət şirkətləri ola bilər. Bunlar ümidsiz borc sayıldığından ləğv edilməsi məqsədəuyğun qəbul edilib. Bu büdcəyə daxilolmanın şəffaflaşdırılması istiqamətində atılmış addımdır”.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə