OPEK ölkələri və onların tərəfdaşları neft hasilatının azaldılması müddətini uzadıblar. SİA xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. Məlumata görə, müddət iyunun sonuna qədər uzadılıb.

Qeyd edək ki, 2023-cü ilin noyabrında OPEK ölkələri və tərəfdaşları hasilatın gündəlik 2,2 milyon barel azaldılmasını könüllü olaraq birinci rübdə uzatmağa razılaşmışdılar.

Bütün xəbərlər Facebook səhifəmizdə