26 mlrd kubmetrdən çox Azərbaycan qazı tədarük olunub - NAZİR

2020-ci ildən bəri Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə İtaliyaya 26 milyardkubmetrdən çox Azərbaycan təbii qazı tədarük olunub və bunun da 10 milyard kubmetri 2023-cü ildə nəql olunub. SİA İtaliyanın Azərbaycandakı səfirliyinin “X” sosial şəbəkəsindəki hesabına istinadən xəbər verir ki, bunu İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi naziri Cilberto Piketto-Frati Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında deyib.

Nazirin sözlərinə görə, Azərbaycan qazı İtaliyanın enerji təhlükəsizliyinin təmin edilməsində və dekarbonizasiyasında strateji rol oynayır.

Bütün xəbərlər Facebook səhifəmizdə