Bu barədə Türkiyə Statistika İdarəsindən verilən məumatda bildirilib.
Türkiyədə ötən il iqtisadi artım 4,5 faiz olub
Bu barədə Türkiyə Statistika İdarəsindən verilən məumatda bildirilib. Türkiyə Statistika İdarəsi 2023-ci ilə dair Ümumi Daxili Məhsulun (ÜDM) nəticələrini açıqlayıb.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Türkiyədə iqtisadi artım keçən il 4,5 faiz, 2023-cü ilin son rübündə isə 4 faiz olub.
Məlumata görə, ötən il Türkiyedə istehsal olunmuş ÜDM-in dəyəri isə əvvəlki ilə nisbətən 75 faiz artaraq 26 trilyon 276,3 milyard lirəyə (841,5 milyard ABŞ dolları) çatıb.
Hesabat dövründə Türkiyədə adambaşına düşən ÜDM-in dəyəri isə 307 952 lirə və yaxud 13 110 ABŞ dolları olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB