"Türkiyə ilə ticarət əlaqələrimiz daha da inkişaf edir" - İQTİSADÇI FİKRİ
"Hazırda qardaş Türkiyə dövləti bizim əsas ticari tərəfdaşımızdır. Bildiyiniz kimi, ötən il Türkiyədə kəskin inflyasiya, qiymət artımı baş verib. Düşünürəm ki, bu dəyər artımı ölkəyə idxal olunan məhsulların qiyməti ilə əlaqədardır". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Eyyub Kərimli deyib.
İqtisadçı sözlərinə davam edərək bildirib ki, ikinci məsələ isə Türkiyədən idxal olunan məhsulların həcmidir: "Çünki bu məhsulların həcmində də artım müşahidə edilir. Bu da daha çox qida, dərman və tekstil məhsullarıdır. Statistik rəqəmlərə əsasən, həmin məhsulların ölkəyə idxalında da artım var. Bu, sevindirici haldır. Çünki 2025-ci ilə qədər Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsi 15 milyard dollara yaxınlaşması nəzərdə tutulur. Bu da həmin istiqamətdə gedən prosesin bir hissəsidir. Beləliklə Türkiyə ilə aramızda olan ticarət əlaqələri daha da genişlənir".
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB