"Azərbaycana böyük həcmdə investisiyaların qoyulmasına ehtiyac var" - EKSPERT FİKRİ
Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib. Səfər Azərbaycan iqtisadiyyatına və Azərbaycan-Almaniya iqtisadi əlaqələrinə necə təsir edəcək? Mövzu ilə bağlı SİA-nın suallarını iqtisadçı ekspert Eldəniz Əmirov cavablandrıb.
Onun sözlərinə görə, prezident seçkilərindən sonra cənab Prezidentin diplomatik fəaliyyətindəki ciddi aktivliyin yeni mərhələsi müşahidə edilir: “Bu aktivlik iqtisadi istiqamətdə də təzahür edir. Almaniya dövlətinin rəhbəri və xüsusi komitə üzvləri ilə görüşlər bilavasitə bu qəbildən olan görüşlərdir. Bu görüşlərin Azərbaycan iqtisadiyyatına verə biləcəyi töhfəyə gəldikdə isə düşünürəm ki, Azərbaycana hazırkı məqamda böyük həcmdə investisiyaların yatırılmasına ehtiyac var. Sözügedən görüş isə məhz belə investisiyaların Azərbaycana cəlb edilməsi üçün fürsətdir”.
Ekspert bildirib ki, görüşün ölkəmizdə müxtəlif infrastruktur layihələrinin, sənaye və kənd təsərrüfatı müəssisələrinin yaradılmasına yönələn layihələrin, eyni zamanda enerji sahəsində əməkdaşlığın inkişafına ciddi faydaları olacaq: “Nəzərə alsaq ki, Almaniya və Azərbaycan arasında olan ticarət dövriyyəsi mövcud potensialın kiçik bir hisəsini əks etdirir. Deməli münasibətlərin və əməkdaşlığın inkişaf etdirilməsi ticarət dövriyyəsinin, o cümlədən digər əlaqələrin inkişaf etdirilməsinə gətirib çıxaracaq. Bu da sonda öz töhfəsini Azərbaycan iqtisadiyyatına verəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB