Sumqayıt Kimya Sənaye Parkında alüminium təbəqəli vərəqə güzgü istehsal ediləcək
"Azermirror" MMC-yə Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib. SİA xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Onun sözlərinə görə, bununla da Parkın rezidentlərinin sayı 40-a çatıb.
"Şirkət Parkda alüminium təbəqəli vərəqə güzgü istehsal edəcək. İnvestisiya dəyəri 11 milyon manata yaxın olan müəssisədə 44 nəfərlik daimi iş yerinin yaradılması nəzərdə tutulur", - deyə nazir qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB