“Yaşıl zonalar daha çox enerji hasilatına imkan verəcək” - DEPUTAT DANIŞDI
“Yeni külək elektrik stansiyasının təməlinin qoyulması və inşasına başlanılması ilə bağlı pilot layihənin həyata keçirilməsi Azərbaycanın alternativ mənbələrdən daha çox enerji hasil etməsinə imkan yaradacaq. Bu bir tərəfdən COP29-un müəyyənləşdirdiyi hədəflərə uyğundur, digər tərəfdən isə Azərbaycan praktiki olaraq yaşıl zonanı genişləndirir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Vüqar Bayramov deyib.
Deputat bildirib ki, Qarabağ və Şərqi Zəngəzurun yaşıl zona elan edilməsi isə xüsusilə diqqəti cəlb edir: “Bu yaşıl mənbələrdən daha çox enerji hasilatına və istehlakına imkan verəcək.
Eyni zamanda Azərbaycan 2026-cı ildən sonra Avropa İttifaqına öz yaşıl enerjisini ixrac edəcək. Bu konteksdən həyata keçirilən işlər, sərmayə qoyuluşları yalnız daxili istehlakda yaşıl enerjinin payının artırılması deyil, həm də növbəti mərhələdə daha çox yaşıl enerjidən əldə edilən məsulların Avropa bazarına çıxarılmasını təmin edəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB